KABEL ŞƏBƏKƏ SİSTEMLƏRİ


Strukturlaşdırılmış kabel şəbəkələrinin quraşdırılması

 

MODERN SECURİTY TECHNOLOGİES MMC şirkəti  binaların və tikililərin kabel infrastrukturunun layihəsində və quraşdırılmasında fəaliyyət göstərir. Həyata keçirdiyimiz layihələrin çərçivəsində növbəti sistemləri quraşdırırıq:

  • Strukturlaşmış kabel şəbəkələri:
  • kompüter şəbəkələri (LAN)
  • yüngül voltlu videonəzarət və siqnalizasiya şəbəkələri
  • telefon kabel şəbəkələri
  • Optik-fiber rabitə şəbəkələri
  • Elektrik kabel şəbəkələri

Quraşdırma işlərini şəbəkə texnologiyaları sahəsində çoxilli təcrübəsi olan ixtisaslı əməkdaşlarımız həyata keçirirlər. Bu bütün işlərin keyfiyyətinə zəmanət vermə imkanı yaradır.

LAN/SKŞ-in layihələndirilməsi və quraşdırılması

Binaların və tikililərin kabel şəbəkələri ilə təmin edilməsi çərçivəsində şirkətimizin mütəxəssisləri kompüter şəbəkələrini (LAN), videonəzarət şəbəkələrini, yanğın və mühafizə siqnalizasiyaları və telefon kabel şəbəkələrini quraşdırırlar.Telefon şəbəkəsinin quraşdırılması təkcə klassik şəbəkə yox, IP telefoniya və ofis mini ATSlərin qurşadırılmasından da ibarətdir.

Şirkətimiz kabel şəkələrinin quraşdırma işlərini hal hazırdakı normalara uyğun aparır. Bu işlər zamanı biz aparıcı istehsalçıların avadanlıqlarında istifadə edirik: Legrand, Nexans və digər.

Optik-fiber rabitə şəbəkələrinin layihəsi və quraşdırılması

Bina komplekslərinin maqistral sistemlərinin təşkili zamanı təşkilatımızın mütəxəssisləri fiber-optik əsaslı strukturlu kabel şəbəkələrini layihələndirir və quraşdırırlar.

Optik-fiber şəbəkələrini quraşdırarkən biz xüsusən kabellərin qoruycu qurğu vasitələrinə, maksimal əyilmə radiusuna və dartılma gücünə fikir veririk. Fiber optik şəbəkələri svarka və test etmək üçün şəxsi avadanlığımızın, biliklərin və təcrübəmizin olması bizə işləri maksimal keyfiyyətlə və ən qısa vaxtda həyata keçirməmizə imkan verir.

Elektrik şəbəkələrinin layihəsi və quraşdırılması

MST MMC şirkəti tərəfindən aparılan elektrik şəbəkələrinin quraşdırılma işlərinə şəbəkə və zəmanətli elektrik mənbəyi sistemlərininvə iş/növbətçi/qəza işiqlandırması sistemlərinin quraşdırılması da daxildir.

Şəbəkə topologiyasının düzgün layihəsi, optimal alətlərin və avadanlığın seçimi tək eletrik şəbəkəsinin ümumi xərcin azaltmağa yox, həmçinin təşkilatın işinin məcburi dayandırılmasının qarşısın almağa imkan verir.

İŞLƏRİN APARILMA QAYDASI

Kabel şəbəkələrinin qurşadırılma işlərinin qaydası:

  • Kabel traslarının quraşdırılması
  • Kabel kanallarının çəkilməsi
  • Kommunikasiya kabellərinin çəkilməsi
  • Server şkaflarının, patç-panellərin quraşdırılması
  • Kross otaqlarda kabellərin çəkilməsi
  • Ümumi yoxlama testi
  • Obyektin müştəriyə təhvil verilməsi

SINAQDAN KEÇİRMƏ

MST MMC şirkəti 5, 5E, 6A kateqoriyalı şəbəkələrin sınaqdan keçirilməsi üzrə xidmət göstərir. Kabel şəbəkəsini sınaqdan keçirmək üçün biz sahə standartları dərəcəsində sınaq keçirməyə imkan verən Fluke DTX-1800 analizatorundan istifadə edirik.

SİFARİŞ EDƏNİN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜK

Biz quraşdırma işlərini ancaq razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq  və sifarişçi texniki planda dəyişiklik etdikdə – minimal xərclərlə həyata keçiririk.
SKŞ layihəsi zamanı kabellərin çəkilməsinin optimal marşrutunu seçirik və parallel şəbəkələr mövcud olduqda elektromaqnit tələblərinə uyğun həyata keçiririk. Sifarişçi beynəlxal standartlara uyğun  SKŞ layihəsinin bütün sənədlərini əldə edir.