TS-Layihə Təyin Etmə və Planlaşdırma


 

Layihə idarəedilməsi prosesi düzgün həyata keçirilsə layihənin uğuru 60% qarantiyaya alınır. Modern Security Technologies şirkəti özündə düzgün aparılan 3 prosesi birləşdirir: təyin etmə, planlaşdırma, rəhbərlik. Bu funksiyanın düzgün aparılması layihə uğuruna bir başa təsir edir.

TƏYİN ETMƏ.

Bu mərhələdə biz konkret olaraq layihəni təyin etməyə çalışırıq. Maliyyə qaynağı, layihənin iştirakçıları, layihənin başlama və təbii olaraq bitmə tarixi. Ən başlıcası biz konkret layihənin səhmdara nə fayda verəcəyi və bu faydanının indikatorları kimi hansı faktorların olacağını təyin edirik. Biz elə edirik ki, layihədə iştirak edən hər bir fərd ümumi uğurda öz töhvəsinin nədə olduğunu bilsin. İstənilən layihə xırda layihələrin cəmindən ibarətdir bu baxımdan layihə meneceri həm müştəri həmdə icraçı kimi çıxış etməyi bacarmalıdır. Həmçinin bu mərhələdə layihə meneceri baza nəzərət anlayışlarını həm özü, həmdə layihə komandası üçün aydınlaşdırmalıdır.

PLANLAŞDIRMA.

Təyin etmə mərhələsindən sonra layihə meneceri mütləq qaydada planlaşdırma prosesinə başlayır. Burada risklərin idərəedilməsi, minimallaşdırılması yolları, hər bir mərhələnin dəqiq təsviri olur. Layihə başlamamışdan görünən istənilən sual layihə müddətindən özü ilə ən azı 5 əlavə suallar yaradır. Bu baxımdan layihə sənədləri dəqiq işlənilir və işçi sənədlər konkret hədəfə çatma prosesini mərhələ-mərhələ özündə əks etdirir.

RƏHBƏRLİK.

Təbii olaraq istənilən prosesdə olduğu kimi layihə idarəedilməsində də işə bilavasitə rəhbərlik olur. Burada yalnız layihənin uğuruna təsir edən xarici amillər deyil, həmçinin layihə komandasının vaxtında və düzgün işlərinin hıyata keçirmələri, layihə üzvləri arasında vaxtında və düzgün kommunikasiyaların təşkilindən sohbət gedir.

Ümumilikdə layihə rəhbərliyi özündə 3 əsas istiqaməti cəmləşdirir:

- Layihə gedişatının qiymətləndirilməsi. Bu özündə istənilən prosesə əks əlaqə sistemini yaradır. Layihə rəhbəri istənilən prosesə vaxtında müdaxilə edərək onu lazımlı istiqamətə yönləndirir.

- Kommunikasiya. Layihə üzvləri arasında kommunikasiya idarəetmə prosesi üçün çox vacibdir. Layihə üzvləri istənilən dəyişiklik və (və ya) cari fəaliyyətlər barədə məlumatlandırılmalıdır.

- Korrektə fəaliyyəti. Layihə gedişatında menecer daima bütün proseslərə nəzarət edərək lazımlı yerlərdə bir-başa korrektə işləri görməlidir.
Layihənin uğurlu olması üçün təhlillər vaxtında və düzgün aparılır.