KEÇİDƏ NƏZARƏT SİSTEMLƏRİ


MODERN SECURITY TECHNOLOGIES MMC şirkəti keçidə nəzarət sistemlərinin satışında və quraşdırılmasında fəaliyyət göstərir. 10 ildir ki, biz Azərbaycanda keçidə nəzarət sistemləririnin aparıcı istehsalçılarının məhsullarını təqdim edirik.

Həyata keçirilən proyektlərin çərçivəsində biz  müştərilərimizə ofislərdə keçidə nəzarət sistemləri, təşkilatlarda keçid və NBM sistemləri, parkinqə keçid sistemləri, iş vaxtının hesabatı sistemlərini quraşdırırıq.

OFİSDƏ KEÇİDƏ NƏZARƏT

Biz ofis otaqlarını ən müasir texnologiyalardan istifadə edərək keçidə nəzarət sistemləri ilə təmin edirik: kontaktsız, simli, biometrik və digər kodlu və ya elektron açarlı sadə sistemlərdən kontaktsız biometrik parametrli oxuyuculara kimi, həmçinin iş vaxtının hesabatı sistemləri ilə inteqrasiya edirik.

Keçidə nəzarət sistemlərinin ofisdə quraşdırılması otaqa girişin nəzarəti prosesinin avtomatlaşdırılmasına, əməkdaşların və ziyarətçilərin ərazidə azad hərəkət etməsinə, kənar şəxslərin icazəsiz girişinin qarşısın almasına, əməkdaşların iş qrafikini idarə etməsinə imkan verir.

PARKİNQDƏ KEÇİDƏ NƏZARƏT

Ödənişli parkinqə nəqliyyat vasitələrinin keçidinə nəzarət sistemini həyata keçirmək üçün mütəxəssislərimiz geniş assortimentli avadanlıqlardan istifadə edirlər. Bu avadanlıqlar qarşıya qoyulmuş məqsədə uyğun olaraq, təkcə mane qurğularından yox (şlaqbaumlar, baryerlər, darvazalar), həmçinin parametrli keçid alqoritmini heyata keçirən “ağıllı” avadanlıqdan ibarətdir.

“Ağıllı” sistem naildir:

İŞ VAXTININ HESABATI

İş vaxtının hesabatını həyata keçirmək üçün MST MMC şirkətinin mütəxəssisləri keçidə nəzarət sistemlərinə əlavə proqram modulları qoşurlar və ya əlavə proqram təminatı yükləyirlər.  Keçidə nəzarət sistemlərinin əlavə proqram modulları rəhbərlərə və personal xidmətinin əməkdaşlarına keçidə nəzarət sistemindən alınmış məlumata görə işçilərin gündəlik iş rejiminə nəzarət etməyi imkanı verir: işə gəlib-getmə vaxtı, nahar fasiləsi vaxtı, gün ərzində ofisdə olmadığı vaxt. İş vaxtının hesabatı sisteminin xüsusi proqmram təminatı əməkdaşın personal kompüterinə quraşdırılır və iş fəaliyyətinin müxtəlif parametrlərinə nəzarət etmə imkanı yaradır: saat neçədə əməkdaş kompüterdə işə başlayır və yekun vurur, neçə saat kompüterdə öz vəzifəsinə görə iş görür.

İş vaxtının hesabatı sisteminin quraşdırılması personalın gördüyü işin keyfiyyətini və effektini, əməkdaşların intizamını və məsuliyyətini dəfələrlə artırır.