Ağıllı ev texnologiyası daxili məkanlardakı avadanlığın avtomatlaşdırma və intellektual idarəetmə sistemlərini özündə birləşdirir. İstifadədə və montajda son dərəcə rahat, funksional cihazlar dəsti evinizin maksimal təhlükəsizliyini, rahatlığını və enerji resurslarına qənaət edilməsini təmin edir. "MST" MMC şirkəti ağıllı ev sistemlərinin satış və xidmətindən əvvəl, mühəndislər tərəfindən evə və ya obyektə baxış keçirir. Ev planı hazırlanır və müştərilərin tələbinə əsasın qiymət təklifi edir. Kompleks avadanlığın quraşdırılmasından sonra siz işıqlandırma, isitmə, kondisioner, habelə jalüz, pəncərə örtükləri, siqnalizasiya, ev kinoteatrının uzaqdan idarəedilməsi və sair texniki imkanlardan faydalana biləcəksiniz. Planşetiniz və ya internetiniz vasitəsilə uzaqdan idarə edə bilərsiniz. Səs əmri sistemləri ilə yaşayış vərdişlərinizi öyrənən bir ev dizayn edə bilərsiniz.Ağıllı ev məhsullarının bir çox üstünlükləri sayəsində yeni nəsil binalar avtomatlaşdırma sistemləri ilə təchiz olunmağa başladı. Əlavə olaraq evinizin tikinti mərhələsində ağıllı texnologiyalardan istifadə etməməyiniz bu ləzzətdən zövq almağınıza mane olmur. İnkişaf etməkdə olan texnologiya sayəsində, sizə təqdim edəcəyimiz simsiz cihazlar ilə evinizdə bu zövqün dadını çıxara bilərsiniz.
