Kabel şəbəkə sistemləri

Strukturlaşdırılmış kabel şəbəkələrinin quraşdırılması

"MST" MMC şirkəti kabel infrastrukturunun satışı və quraşdırılmasında fəaliyyət göstərir. Həyata keçirdiyimiz layihələrin çərçivəsində aşağıdakı xidmətləri sizlərə təqdim edirik.

  • Struktur Kabelləşdirmə və Sonlanma Avadanlıqları.
  • Kompüter şəbəkələri (LAN).
  • Təhlükəsizlik sistemləri üzrə Kabelləşdirmə işləri.
  • Mis kabelləşdirmə həlləri.
  • Fiber optik kabelləşdirmə işləri.
  • Enerji idarəetmə sistemləri və s ,

Quraşdırılma və layihələndirmə işlərini elektrik şəbəkə sistemləri sahəsində çoxilli təcrübəsi olan ixtisaslı əməkdaşlarımız həyata keçirirlər. Komandamızın təcrübəsi nəticəsində gördüyümüz işlərin keyfiyyətinə tam zəmanət veririk.

LAN/SKŞ-in layihələndirilməsi və quraşdırılması.

Binaların və tikililərin kabel şəbəkələri ilə təmin edilməsi çərçivəsində şirkətimizin mütəxəssisləri kompüter şəbəkələrini (LAN), videonəzarət şəbəkələrini, acil anons sistemləri, mühafizə siqnalizasiyaları və telefon kabel şəbəkələrini quraşdırırlar.Telefon şəbəkəsinin quraşdırılması təkcə klassik şəbəkə yox, IP telefoniya və ofis mini ATSlərin qurşadırılmasından da ibarətdir. Bu işlər zamanı biz aparıcı istehsalçıların avadanlıqlarında istifadə edirik.

Optik-fiber rabitə şəbəkələrinin layihəsi və quraşdırılması.

Bina komplekslərinin, Fabriklərin, kommersiya qurumlarının və s, kabel şəbəkə sistemlərinin təşkili zamanı şirkətimizin mütəxəssisləri fiber-optik əsaslı strukturlu kabel şəbəkələrini layihələndirir və quraşdırırlar. Optik-fiber şəbəkələrini quraşdırarkən, biz əsasən kabellərin qoruycu qurğu vasitələrinə, maksimal əyilmə radiusuna və dartılma gücünə fikir veririk. Fiber optik şəbəkələri qaynaq və test etmək üçün bütün növ lazımı avadanlığımızın, uzun illər ərzində təcrübəmizin olması bizə işləri maksimal keyfiyyətlə və ən qısa vaxtda layihələrin təhvil verilməsinə imkan yaradır.