Layihələrin idarə edilməsi
Biz layihələrin idarəedilməsi prosesi düzgün həyata keçiririk və layihələrinnin uğuru olmasını 70 % qarantiyaya altına alırıq. "Modern Security Technologies" MMC şirkəti özündə düzgün aparılan 3 prosesi birləşdirir: Təyin etmə, Planlaşdırma, Rəhbərlik. Bu proseslərin düzgün aparılması layihə uğuruna bir başa təsir ed.
TƏYİN ETMƏ
Bu mərhələdə biz özəl olaraq layihəni təyin etməyə çalışırıq. Maliyyə qaynağı, layihənin iştirakçıları, layihənin başlama və təbii olaraq bitmə tarixi. Ən başlıcası biz layihənin səhmdara nə fayda verəcəyi və bu faydanının göstəriciləri kimi hansı faktorların olacağını təyin edirik. Bizim məqsədimiz layihədə iştirak edən hər bir fərd ümumi uğurlarımızdada öz töhvəsinin nədə olduğunu bilsin. İstənilən layihə xırda layihələrin cəmindən ibarətdir bu baxımdan layihə meneceri həm müştəri həmdə icraçı kimi çıxış etməyi bacarmalıdır. Həmçinin bu mərhələdə layihə meneceri baza nəzərət anlayışlarını həm özü, həmdə layihə komandası üçün aydınlaşdırmalıdır.
PLANLAŞDIRMA
Təyin etmə mərhələsindən sonra layihə meneceri mütləq qaydada planlaşdırma prosesinə başlayır. Burada risklərin idərəedilməsi, minimallaşdırılması yolları, hər bir mərhələnin dəqiq təsviri olur. Layihə başlamamışdan görünən istənilən sual layihə müddətindən özü ilə ən azı 5 əlavə suallar yaradır. Bu baxımdan layihə sənədləri dəqiq işlənilir və işçi sənədlər konkret hədəfə çatma prosesini mərhələ-mərhələ özündə əks etdirir.
RƏHBƏRLİK
Təbii olaraq istənilən prosesdə olduğu kimi layihə idarəedilməsində də işə bilavasitə rəhbərlik olur. Burada yalnız layihənin uğuruna təsir edən xarici amillər deyil, həmçinin layihə komandasının vaxtında və düzgün işlərinin hıyata keçirmələri, layihə üzvləri arasında vaxtında və düzgün kommunikasiyaların təşkilindən sohbət gedir.
Ümumilikdə layihə rəhbərliyi özündə 3 əsas istiqaməti cəmləşdirir:
- Layihə gedişatının qiymətləndirilməsi. Bu özündə istənilən prosesə əks əlaqə sistemini yaradır. Layihə rəhbəri istənilən prosesə vaxtında müdaxilə edərək onu lazımlı istiqamətə yönləndirir.
- Kommunikasiya. Layihə üzvləri arasında kommunikasiya idarəetmə prosesi üçün çox vacibdir. Layihə üzvləri istənilən dəyişiklik və (və ya) cari fəaliyyətlər barədə məlumatlandırılmalıdır.
- Korrektə fəaliyyəti. Layihə gedişatında menecer daima bütün proseslərə nəzarət edərək lazımlı yerlərdə bir-başa korrektə işləri görməlidir.
MST şirkəti layihənin uğurlu və keyfiyyətli olması üçün təhlillər vaxtında və düzgün aparılır.