Dayanacaqlarda və avtoparklarda girişə nəzarətin yaradılması
Avtopark giriş nəzarət sistemi sürücülərin dayanacaqda vaxtlarını və yanacaqlarını boş yerə sərf etməmələrini təmin edir. İstiqamət bildirən oxlar, boş park yerlərini göstərən ekranlar və hər park yerində qırmızı və yaşıl park vəziyyətini bildirən işıqlar quraşdırılır. Bu nişanlar və işıqlar sürücünü park yerinə çatana qədər istiqamətləndirən ağıllı avtopark sistemidir. Dayanacaqdakı sürücülər üçün yer istifadəsini təmin etmək və nəqliyyat vasitələrinin obyekt daxilində hərəkətini istiqamətləndirir. Bizim təklif etdiyimiz sistem park yeri tapmaq üçün vaxtı minimuma endirir, stressiz və xoş bir park təmin edir, yanacaq sərfiyatını və vaxt itkisini azaldır, ərazidə yarana biləcək sıxlığın qarşısını alır.
Domofonların Satışı və Quraşdırılması
Domofon sistemlərinin həm mənzillərdə həm də iş mərkəzlərində geniş tətbiq olunur.Domofon sisteminin bir çox üstünlükləri var. Kənar şəxslərdən qorunmaq,görüntü və səs xüsusiyyət ilə mənzilinizin təhlükəsizliyi, İP texnologiyası ilə uzaqdan idarəetmə və s. Bütün bunları nəzərdən keçirsək görərik ki, domofonların quraşdırılması ciddi yanaşma tələb edən kompleks bir işdir.
MST MMC şirkəti olaraq biz uzun illərdir Azərbaycanda domofonların satışı və quraşdırılması işlərini həyata keçiririk. İllərin verdiyi təcrübəyə əsasən çox sayda korporativ və fərdi müştəri üçün uğurlu layihələr yerinə yetirmişik. Bizim müştərimiz olmağa qərar verdikdən sonra mühəndislərimiz sizin tələblərinizi dinləyərək sizə uyğun domofon sistemini seçməkdə kömək edəcəklər.
Keçidə nəzarət məntəqələrinin yaradılması
İşçi və qonaq trafikinin sağlam nəzarəti, iş yerindəki müəyyən ərazilərə giriş-çıxışın məhdudlaşdırılması, insanların girişə uyğunluğunu müəyyən edən meyarların tanınması, giriş nəzarəti sistemlərində təhlükəsizliyin bir neçə hissəsidir.Keçid nəzarət sistemləri xüsusilə insan resursları üçün böyük bir dəstək rolunu oynayır. Qurduğumuz sistemlərlə qurumların insan resursları vahidləri işçilərin giriş-çıxış kartlarını dərhal hazırlaya bilər. PDKS sisteminə inteqrasiya sayəsində elementlərin giriş-çıxış müddətlərini asanlıqla izləyə bilir. Əmək haqqı cədvəlləri ən son məlumatlarla və səmərəli bir şəkildə təşkil edilə bilər.
Turniket sistemləri giriş nəzarəti və təhlükəsizlik məqsədləri üçün istifadə olunan cihazdır. Ümumiyyətlə, 4 fərqli növə üstünlük verilir. Bunlar tripod turniketlər, şüşə turniketlər, əlil (VIP) turniketlər və hündürlük turniketlərdir. Keyfiyyətli və ucuz qiymətlər ilə müştərilərimizin ehtiyac və istəklərinə uyğun dünyaca məhşur modellərini təqdim edirik. Turniket sistemlərimizə giriş nəzarəti təmin etmək üçün barmaq izi tanıma cihazı, biometrik üz tanıma cihazı və kart oxuyucu və s, inteqrasiya edilə bilərik.