Kütləvi elan sistemləri

 

MST Acil anons


Acil anons sistemləri

21 ci əsirdə hava limanlarını, dəmiryolu və avtobus vağzallarını, bankları, idman komplekslərini, zavod və fabrikaları, supermarketləri, dövlət müəssisələrini və s, kütləvi səsli elan sistemi olmadan təsəvvür etmək mümkün deyil. xəbərdarlıq səs sistemləri eləcə də təhlükəsizlik sistemləri sahəsində daha aktiv istifadə olunur.

"Binaların yanğından mühafizəsi haqqında Əsasnamə" yə uyğun olaraq, fövqəladə vəziyyət elan etmə sistemləri 200 yataq tutumlu bütün otellərdə, bina tikintisi sahəsi 5000 m2-dən çox olan binalarda və ya istifadəçi sayı 1000-dən çox olan binalarda və hündürlüyü 51,5 m-dən yuxarı olan bütün binalarda istifadə edilməlidir.

Qurulmuş sistemlər yanğın aşkarlama və siqnalizasiya, hava limanlarında istifadə edilən uçuş məlumat sistemləri, avtomatik elanlar və məlumat mesajları kimi sistemlərlə birləşdirilə bilər və əvvəlcədən proqramlaşdırılaraq sistemə verilə bilər.

Səs sistemlərinin məqsədi yalnız musiqi yayımı və elanları təmin etmək deyil, eyni zamanda yayımın anlaşılan, təhlükəsiz və davamlı olmasını təmin etməkdir.

Qurduğumuz sistemlərdə, bütün beynəlxalq təhlükəsizlik standartlarına cavab verməklə yanaşı, sadə bir analog sistemdən çox funksiyalı rəqəmsal sistemlərə qədər geniş bir məhsul portfelinə sahib olmağımızın üstünlüklərini sizə təqdim edirik.


 

MST anons3

Kütləvi elan sistemlərini ehtiyaclarınıza uyğun olaraq dizayn edib quraşdırırıq.

 


MST acil anons2